3 otaqlı həyət evi satılır Məmmədlidə

Abşeron, Məmmədli, Nəriman Nərimanov küç.

83 000 ₼

Elan məlumatları

Çıxarış Təmirli İpoteka var
  • Elan növüSatış
  • Əmlak növüHəyət evi
  • Otaq sayı3
  • Evin sahəsi77 m²
  • Torpaq sahəsi1.2 sot
  • TəmirƏla təmirli

Əlaqə

Vaqif

Əmlak sahibi

Diqqət! Daşınmaz əmlaka baxış keçirmədən heç vaxt pul göndərməyin.

Elanın təsviri

Abşeron rayonu, Məmmədli qəsəbəsi, Nəriman Nərimanov küçəsində yerləşən, özümə məxsus yeni tikilmiş və tam təmirli həyət evi satışa çıxarılıb.

Ev haqqında:

2 yataq otağı
1 qonaq otağı
1 mətbəx
1 sanitar qovşağı
Tam təmirli
Kombi istilik sistemi
Qaz, su və işıq daimidir

Ev 7 daş kürsü üzərində inşa olunub və küçənin yüksək hissəsində yerləşir. Güclü yağışlar zamanı belə zirzəmidə su və ya nəmlik problemi yaranmır. Küçədə mərkəzi kanalizasiya sistemi mövcuddur.

Həyət boşdur və yeni sahib öz istəyinə uyğun şəkildə abadlaşdıra bilər. Mətbəx mebeli, su çəni və hamamın bütün əsas avadanlıqları mövcuddur. Evdə qısa müddət yaşayış olub və hazırda tam yaşayış üçün hazır vəziyyətdədir.

Sənəd: Paket Çıxarış (Kupça). Mənzil ipotekaya tam yararlıdır.

Ərazi yerləşmə baxımından olduqca əlverişlidir. Araz Market, Tam Store və avtobus dayanacağına piyada təxminən 5 dəqiqəlik məsafədə yerləşir. Məmmədli sürət qatarı stansiyasına və yeni Sea Breeze yoluna avtomobillə təxminən 5 dəqiqəyə, Koroğlu metrosuna isə təxminən 15 dəqiqəyə çatmaq mümkündür.

Sakit və sürətlə inkişaf edən ərazidə yerləşən bu ev həm daimi yaşayış, həm də gələcək investisiya üçün əla seçimdir.

Real alıcı ilə qiymətdə cüzi endirim mümkündür. Ətraflı məlumat və baxış üçün əlaqə saxlaya bilərsiniz.

Yenilənib: 13.07.2026

Digər elanlar