Kirayə növü:
Bütün şəhərlər
Şəhər seçin

Təmir

Mənzil sahəsi, m²

Torpaq sahəsi, sot

Əlavələr

Elan ID ilə axtar

Bütün şəhərlər
Şəhər seçin

Kirayə bağ evləri və villalar

Bakıda və rayonlarda günlük bağ evlərinin kirayəsi

Yay mövsümündə şəhərin səs-küyündən uzaqlaşıb, ailəniz və yaxınlarınızla birlikdə unudulmaz istirahət keçirmək üçün günlük bağ evləri ən ideal seçimdir. Saytımızda Bakıətrafı qəsəbələrdə (Mərdəkan, Şüvəlan, Novxanı, Bilgəh, Nardaran) və Azərbaycanın turistik rayonlarında (Qəbələ, Quba, Qusar, İsmayıllı, Şəki, Şamaxı) hər büdcəyə uyğun günlük kirayə bağ evləri və villalar təklif olunur.

Hovuzlu bağ evləri istirahət günlərini (həftəsonu) dostlarla keçirmək, ad günləri, partilər və ya ailəvi dincəlmək üçün çox populyardır. Filtrasiyalı hovuzu, geniş manqal zonası, besetkası, yaşıl həyətyanı sahəsi və uşaq oyun meydançası olan lüks villalar yay aylarında yüksək tələb görən elanlar sırasındadır.

Günlük dacha kirayəsi zamanı qiymətlər evin yerləşdiyi lokasiyaya, dənizə olan məsafəsinə, otaq sayına və mövcud şəraitə görə dəyişir.

Saytımızın rahat filtr sistemi vasitəsilə dəniz kənarında, meşə yaxınlığında və ya tam mərkəzdə yerləşən ucuz günlük bağ evləri tapmaq indi çox asandır.