Kirayə 2 otaqlı mənzil Sea Breeze
150 ₼/gün
Elan məlumatları
- Elan növüGünlük kirayə
- Əmlak növüYeni tikili
- Otaq sayı2
- Evin sahəsi60 m²
- Mərtəbə5 / 7
- TəmirƏla təmirli
Əlaqə
Cavidan
Əmlak sahibi
Diqqət! Daşınmaz əmlaka baxış keçirmədən heç vaxt pul göndərməyin.
Elanın təsviri
Sea Breeze – Park Residence 2 yaşayış kompleksində yerləşən yeni təmirli mənzil kirayə verilir.
Mənzil Park Residence 2 kompleksinin 4-cü binasının 5-ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 60 kv.m-dir. Studio tipli mətbəx və qonaq otağı, 1 yataq otağından ibarətdir.
Mənzil 2–4 nəfərin rahat istirahəti üçün nəzərdə tutulub. Bir iki nəfərlik çarpayı və iki nəfərlik açılan divan mövcuddur. İstəyə uyğun olaraq əlavə çarpayı da təmin edilə bilər.
Mənzil yeni təmirlidir və yaşayış üçün lazım olan bütün mebel, məişət texnikası və avadanlıqlarla tam təchiz olunub. Qabyuyan, paltaryuyan, Smart TV, Wi-Fi, mikrodalğalı soba, türk hamamı, kofe aparatı və digər zəruri avadanlıqlar mövcuddur. Həmçinin qab-qacaq, təmiz yataq dəstləri, dəsmallar və digər ləvazimatlar təqdim edilir.
Kirayə müddətində istifadə üçün 3 ədəd Sea Breeze qolbağı verilir. İstəyə əsasən Airfryer və əlavə qolbaqlar da təmin oluna bilər.
Həftəlik təmizlik xidməti və bütün kommunal xərclər qiymətə daxildir.
Kompleksin sakinləri və qonaqları aşağıdakı imkanlardan yararlana bilərlər:
Hovuzlar və çimərliklər
Uşaq və idman meydançaları
Kafe və restoranlar
Market və apteklər
Lunapark, Aquapark, sirk və digər əyləncə zonaları
SPA mərkəzi və idman zalları
Ödənişsiz avtomobil dayanacağı
Golfcar xidməti
Sea Breeze ərazisi üzrə ödənişsiz shuttle bus
Konsertlər və müxtəlif əyləncə proqramları
Qonaqların rahatlığı üçün əlavə avadanlıq və ləvazimatlar da mümkün olduğu halda təmin edilə bilər.
Mənzil şəxsi mülkiyyətdir. Qiymətdə real müştəri ilə razılaşmaq mümkündür.
Ətraflı məlumat və rezervasiya üçün WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz. Tarixlərinizi əvvəlcədən təsdiqləməyiniz tövsiyə olunur.
Evio.az Instagram səhifəsi
Maraqlı elanları görmək üçün səhifəmizi izləyin